MƏDƏNİYYƏT


Qız qalası MDB məkanında beş ən populyar romantik yerdən biridir

Moskva,14 fevral, AZƏRTAC

Bakıdakı Qız qalası MDB məkanında beş ən populyar yerdən biri sayılıb.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “TurStat” analitika agentliyi Müqəddəs Valentin Günü ilə əlaqədar MDB ölkələri şəhərlərinin yerli sakinlər və turistlər arasında ən romantik yerlərinin və görməli məkanlarının reytinqini tərtib edib.

Ən populyar romantik yerlərin ilk beşliyində Minskdəki Troitskoye qəsəbəsi, Almatıdakı Kok-Tübe dağı, Astanadakı Bayterek abidəsi, Bakıdakı Qız qalası və Daşkənd teleqülləsi yer alıb. Reytinq internetdə aparılan sorğunun yekunları əsasında tərtib edilib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.