Martın 20-də Bakının tarixi mərkəzi İçərişəhərdə “Bahar festivalı” açılıb. AZƏRTAC xəbər verir ki, Novruz adət-ənənələrini təbliğ edən festivalda xarici ölkələrdən olan qonaqlar da iştirak edirlər. Qoşa qala qapısı meydanında xalq-tətbiqi sənəti nümunələrinin və suvenirlərin satışı təşkil olunub ...

Dubayda yaz istirahəti

20.03.2019 [15:13]
Dünyanın 70-dən çox ölkəsinin mədəniyyəti ilə tanışlıq, dağlarda velosipedlə gəzinti, vəhşi heyvanlara tamaşa etmək və bir çox digər əyləncələr təklif edən Dubay ailəvi istirahəti qiymətləndirənlər üçün cəlbedici turizm məkanıdır. Şəhərdə həm örtülü məkanlarda, həm də açıq havada dincəlmək üçün çoxlu variantlar var ...

“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib

20.03.2019 [11:22]
Martın 19-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında Novruz bayramı münasibətilə tədbirlər keçirilib. “Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bayram tonqalı yandırılıb. Səhmdar cəmiyyətin rəhbərliyinin kollektivlərə bayram təbriki ...

Novruz bayramı - ortaq mənəvi dəyər kimi

20.03.2019 [09:33]
Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar tarixən müəyyən ortaq bayramları qeyd etmişlər. Novruz bu bayramlar arasında həm əhatəliliyinə, həm də özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir. Müasir dövrdə Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni ...

UNESCO-nun mənzil-qərargahında Novruz bayramı qeyd olunub VİDEO

20.03.2019 [08:05]
Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Pakistan və Hindistanın bu qurumun yanındakı daimi nümayəndəliklərinin təşəbbüsü ilə Novruz bayramı təntənəli şəkildə qeyd olunub ...

Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub VİDEO

20.03.2019 [03:27]
Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbində Novruz şənliyi keçirilib. Bayram tədbirində məktəbin şagirdləri və müəllimləri ilə yanaşı, valideynlər və digər qonaqlar da iştirak ediblər. Tədbirdə əvvəlcə şagirdlərin ifasında Azərbaycan Respublikasının ...

Dnepr şəhərində təntənəli Novruz şənliyi keçirilib

20.03.2019 [01:28]
Ukraynanın Dnepr şəhərində təntənəli Novruz şənliyi keçirilib. AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının və Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən ...

Azərbaycanlı və türkiyəli rəqqaslar Bakıda eyni səhnəni bölüşüblər

19.03.2019 [22:12]
Bakıdakı Yunus Əmrə İnstitutunun, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğunun, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyinin, Türkiyənin Atatürk Universitetinin və Müslüm Maqomayev adına ...

“Netflix” dalbadal ikinci il Kann kinofestivalında iştirak etməyəcək

19.03.2019 [21:56]
ABŞ-ın “Netflix” “striminq” videoşirkətinin filmləri bu il də Kann festivalının nə əsas proqramında, nə də müsabiqədənkənar proqramında iştirak edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə “Variety” jurnalı yazıb. 2017-ci ildə kinofestivalda qəbul edilən qərara görə, müsabiqəyə təqdim edilən ...

Rusiya Palmiranın bərpası üçün materialları UNESCO-ya təqdim edəcək

19.03.2019 [20:46]
Rusiya Palmiranın (Suriya) bərpası üçün materialları, o cümlədən onun 3D modelini yaxın aylarda UNESCO-ya təqdim edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə, “Russkaya qazeta” və “Komsomolskaya pravda” nəşrlərinə müsahibəsində Rusiya Coğrafiya Cəmiyyətinin ...

Türkiyənin Bolu şəhərində Koroğlunun nəhəng abidəsinin açılışı olub

19.03.2019 [20:18]
Martın 19-da Türkiyənin Bolu şəhərində Koroğlunun nəhəng abidəsinin açılışı olub. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Bolu bələdiyyəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə Novruz şənliyi və abidənin açılış mərasimi keçirilib ...

HBO “Taxt-tac oyunları”nın pərəstişkarları üçün kvest buraxıb

19.03.2019 [19:26]
HBO telekanalı “Taxt-tac oyunları”nın pərəstişkarları üçün kvest (axtarış) buraxıb. Bunu xüsusi saytda etmək olar. İştirakçılar müəyyən vaxt ərzində alt taxt aşkar etməlidirlər. Onlardan biri naməlum meşədə gizlədilib. HBO-nun “Twitter” səhifəsindəki məlumatda deyilir: “Altı taxt. Altı yer. Onları birinci kim tapacaq ...

Belqradda 6 şairə beynəlxalq poeziya festivalı çərçivəsində “Nəsimi 650 il” diplomu təqdim edilib

19.03.2019 [18:37]
Belqradda keçirilmiş “Anastasiya Günləri” beynəlxalq poeziya festivalı çərçivəsində öz fəaliyyəti ilə xüsusi fərqlənən 6 şairə əsas mükafat qismində Azərbaycanın dahi şairi İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş, “Nəsimi 650 il” adlı diplomlar təqdim edilib ...

Monteneqroda İmadəddin Nəsimi haqqında məqalə dərc edilib

19.03.2019 [18:26]
Ölkəmizin mədəniyyətinin təbliğ olunmasına xidmət edən Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin layihəsi çərçivəsində Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında Monteneqro dilində silsilə məqalə yayımlanma ənənəsi davam edir ...

“La Skala” Səudiyyə Ərəbistanının ianələrindən imtina etdi

19.03.2019 [18:21]
Milanın “La-Skala” Teatrı Səudiyyə Ərəbistanının ianələrindən imtina etmək qərarına gəlib. Bu, jurnalist Camal Kaşıkçının öldürülməsi ilə əlaqədar baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İtaliyanın “La Stampa” qəzeti Milanın meri Cüzeppe Salaya istinadla yayıb ...

Novruz bayramı Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində təntənə ilə qeyd olunub

19.03.2019 [17:19]
Novruz bayramı Tbilisidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində təntənə ilə qeyd olunub. AZƏRTAC xəbər verir ki, bayram tədbirində Tbilisi şəhər sakrebulunun sədri Giorgi Tkemaladze ...

Baharda göyərən ümidlər

19.03.2019 [17:03]
Bir ufacıq bahar nəsiminin üz-gözümüzü oxşayacaq, ruhumuzu, ovqatımızı təzələyəcək ətri ilə günlərdi həyəcanlı duyğular yaşayır, yaza bir könül dolusu “xoş gəldin” deyib, sevincimizi bölüşməkdən ötrü yollara boylanırıq. Bəs, pəncərəmizin qarşısında, səkilərin kənarında günəşə boylanan qovaqların, saçları pərişan söyüdlərin düymə tutan yaşıl puçurları ...

Bu gündən Bakıda Novruz festivalına start verilib VİDEO

19.03.2019 [16:57]
Martın 19-da Bakıda Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə təntənəli Novruz şənliklərinə başlanılıb. AZƏRTAC xəbər verir ki, Azərbaycanın tarixi ənənələrinin və mədəniyyətinin xarici turistlərə çatdırılması ...

Milli Konservatoriyada Qazaxıstanın Xalq artistləri konsert proqramı ilə çıxış ediblər

19.03.2019 [16:00]
Azərbaycan Milli Konservatoriyasında Qazaxıstanın Xalq artistləri, bəstəkar Toleqen Muhammedcanov və tanınmış opera ifaçısı Nurcamal Usenbayeva konsert proqramı ilə çıxış ediblər ...