Rəsmi Berlin Londona Brexitlə bağlı böhranın Avropa İttifaqının (Aİ) səbrini daşırdığı barədə xəbərdarlıq edib və Böyük Britaniya hökumətini bu məsələdə irəliyə doğru qəti addım atmağa çağırıb. AZƏRTAC xəbər verir ki, Almaniyanın Aİ məsələləri naziri Maykl Rot özünün avropalı həmkarları ilə İttifaqın sammitinə hazırlıq ...

Çində yol qəzasında 4 nəfər ölüb, 15 nəfər yaralanıb

20.03.2019 [17:00]
Çinin Xınan vilayətində marşrut avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcədə xəsarət alıb. AZƏRTAC yerli hökumətin yaydığı məlumata istinadla xəbər verir ki, hadisə Quşi dairəsində səhər saatlarında baş verib ...

Özbəkistanda cins və yarış atlarına “pasport” veriləcək

20.03.2019 [16:37]
Özbəkistan hökumətinin qərarı ilə cins və yarış atlarına “at pasportu” veriləcək AZƏRTAC xəbər verir ki, bu sənəd at sahibinin tələbi ilə ona təqdim olunacaq. Bu sənəd olmadan cins və yarış atlarını hərraclarda, yarışlarda, milli və klassik at-idman oyunlarında, digər idman yarışlarında ...

Türkiyənin Dənizli bölgəsində baş verən zəlzələ səbəbindən məktəblərdə tətil elan olunub

20.03.2019 [14:54]
Türkiyənin Dənizli vilayətinin Acıpayam rayonunda 5,5 bal gücündə zəlzələ baş verib. AZƏRTAC xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 09:34-də qeydə alınıb. Zəlzələ səbəbindən məktəblərdə tətil elan edilib. Yeraltı təkanlar ölkənin İzmir, Aydın, Muğla, Uşak, Isparta, Burdur ...

Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib

20.03.2019 [13:49]
Martın 20-də Qazaxıstan parlamenti Senatının sədri vəzifəsinə seçkilər keçirilib. AZƏRTAC xəbər verir ki, Dariqa Nazarbayeva gizli səsvermə yolu ilə Qazaxıstan parlamenti Senatının sədri seçilib. Qeyd edək ki, Dariqa Nazarbayeva 2015-ci ilin sentyabrında ...

"Xiaomi"nin dövriyyəsi 52,6 faiz çoxalıb

20.03.2019 [12:35]
Çinin nəhəng texnologiya və məişət avadanlığı istehsal edən "Xiaomi" (Siaomi) şirkətinin dövriyyəsi ötən il 52,6 faiz artaraq, 174,9 milyard yuana (26 milyard ABŞ dolları) çatıb. AZƏRTAC şirkətin məlumatına istinadla xəbər verir ki, belə ciddi artıma şirkətin smartfon satışlarının çoxalması və məişət ...

Yaponiya orta və böyük mənzilli qanadlı raketlər istehsal edəcək

20.03.2019 [11:47]
Yaponiya uzaq cənub-qərb adalarının müdafiəsi üçün orta və böyük mənzilli qanadlı raketlər istehsal etməyi planlaşdırır. AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Takeşi İvaya Tokioda keçirilən mətbuat konfransı zamanı məlumat verib ...

Kasım-Jomart Tokayev and içərək Qazaxıstan prezidenti vəzifəsinin icrasına başlayıb VİDEO

20.03.2019 [11:26]
Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev xalq qarşısında and içərək prezident vəzifəsinin icrasına başlayıb. AZƏRTAC xəbər verir ki, xalq qarşısında çıxışı zamanı Kasım-Jomart Tokayev paytaxt Astananı Nursultan Nazarbayevin şərəfinə adlandırmağı təklif edib ...

Türkiyədə çox sayda PKK mənsubu həbs olunub

20.03.2019 [10:25]
Türkiyənin Ankara və İzmir vilayətlərində PKK-ya qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib. AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində Ankarada PKK üzvü olduqları ehtimal edilən 9 nəfər, İzmirdə isə 10 nəfər saxlanılıb. Onlardan terrorçuluqda istifadə ...

Estoniya hökuməti milli azlıqların mədəni tədbirlərinin maliyyələşməsinə dəstək göstərir

20.03.2019 [09:00]
Estoniya Mədəniyyət Nazirliyinin nəzdindəki İnteqrasiya Fondu milli azlıqların mədəni tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı aidiyyəti təşkilatlardan müraciətlərin qəbuluna başlayıb. AZƏRTAC xəbər verir ki, ayrılan maliyyə vəsaitinin ümumi məbləği 75 min avrodur ...

Yaponiyada yeni İmperatorun taxta çıxması mərasiminə 195 ölkədən nümayəndələr dəvət ediləcək

20.03.2019 [08:24]
Yaponiya hökuməti yeni İmperatorun taxta çıxması mərasiminə 195 ölkənin dövlət başçısının və nümayəndələrinin dəvət edilməsini qərara alıb. AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə qərar yeni ...

Cənubi Koreyada neft tankerində baş verən yanğında iki nəfər ölüb

20.03.2019 [06:45]
Cənubi Koreyanın sahil sularında neft tankerində baş verən yanğın nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, ölkənin cənubunda sahildən 5 kilometr məsafədə hərəkət edən tankerdə ...

Birləşmiş Ərəb Əmirliklərində ilk dəfə olaraq qadınlar federal səviyyədə hakim təyin edilib

20.03.2019 [04:22]
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nahyan ölkə tarixində ilk dəfə olaraq iki qadını federal məhkəmə sistemində hakim vəzifəsinə təyin edib. AZƏRTAC WAM dövlət informasiya agentliyinə istinadla ...

Tehran aeroportunda təyyarədə baş verən yanğınla əlaqədar sərnişinlər təxliyə edilib

20.03.2019 [02:03]
Tehranın Mehrabad aeroportunda içərisində 100-dək sərnişinin olduğu təyyarədə yanğın baş verib. Hadisə ilə əlaqədar sərnişinlər dərhal təxliyə edilib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Fars agentliyi məlumat yayıb ...

Gürcüstan Prezidenti: Kvemo Kartli bölgəsi tolerantlıq nümunəsidir

20.03.2019 [00:15]
Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda yerli sakinlərlə görüşüb. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Kvemo Kartli bölgəsinin və Bolnisi rayonunun perspektivlərindən danışıb, regionun inkişaf ...

İtaliyada narkotik satışı ilə məşğul olan 12 nəfər həbs edilib

19.03.2019 [20:01]
İtaliyada keçirilən antidopinq əməliyyatlarında 12 nəfər həbs edilib. AZƏRTAC İtaliyanın “lasicilia.it” saytına istinadla xəbər verir ki, Siciliyanın Enna bölgəsində polis qüvvələrinin ölkə üzrə keçirdiyi əməliyyatlarda anabolik steroidlərin, dopinq tərkibli vasitələrin və narkotiklərin satışında ...

Madrid diplomatiya paytaxtlarından birinə çevrilir

19.03.2019 [19:12]
Amerikanın Harvard Universiteti 1992-ci ildə Polşanın Mendzızdroye şəhərində “World Model United Nations”in ilk tədbirini təşkil etdiyi zaman “soyuq müharibə” yenicə başa çatmışdı. 28 il ötdükdən sonra bu tədbir martın 18-dən 22-dək ilk dəfə olaraq İspaniyanın paytaxtı Madriddə keçirilir. Tədbirdə dünyanın ...

Budapeştdə mənzilləri əsasən investisiya məqsədilə alırlar

19.03.2019 [18:53]
Budapeştdə sahəsi 50-60 kvadratmetr, qiyməti 120-130 min avro həddində olan mənzillər alıcılar arasında daha populyardır. AZƏRTAC MTİ agentliyinə istinadla bildirir ki, bu ilin əvvəlindən bəri alınmış mənzillərin təqribən yarısı dərhal icarəyə verilir. Başqa sözlər desək, Macarıstanda mənzilləri əsasən investisiya məqsədilə alırlar ...

Səudiyyə Ərəbistanının Kralı idman və əyləncə layihələrinə 23 milyard dollar ayırıb

19.03.2019 [18:33]
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud paytaxt Ər-Riyadda dörd idman-əyləncə layihəsinə 23 milyard dollar ayırıb. AZƏRTAC Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadla xəbər verir ki, layihələr park, idman və incəsənət obyektlərinin tikintisini nəzərdə ...