CƏMİYYƏT


Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir

Bakı, 18 fevral, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə növbəti görüşü Masallı rayonunda keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı və Astara rayonlarının akvakultura təsərrüfatlarının sahiblərinin iştirak etdiyi görüşdə sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişaf perspektivləri, daha yüksək məhsuldarlığın əldə olunması üsulları və keyfiyyətli yem təchizatının təmin olunması ilə bağlı məsləhətlər verilib, onların problemləri dinlənilib və həlli yolları müzakirə edilərək müvafiq tövsiyələr verilib.

Görüşdə nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün nazirliyin müvafiq qurumlarına müraciət etmələri onların diqqətinə çatdırılıb.

Xatırladaq ki, belə bir görüş Salyan və Neftçala rayonlarının nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə də keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.