ELM VƏ TƏHSİL


Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının toplantısında təmsil olunub

Bakı, 11 dekabr, AZƏRTAC

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Cenevrə şəhərindəki qərargahında Patent Hüququ üzrə Daimi Komitənin (PHDK) iyirmi doqquzuncu sessiyası keçirilib. Tədbirə ÜƏMT-nin üzv-dövlətlərinin nümayəndələri, o cümlədən hökumətlərarası və qeyri-hökumət təşkilatlarından müşahidəçilər qatılıb. Sessiyada Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin ixtira və faydalı modellərin ekspertizası şöbəsinin müdiri Gülnarə Rüstəmova iştirak edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, toplantıda PHDK-nın patentlərin keyfiyyəti, patent hüquqlarının məhdudlaşdırılması və istisnalar, patentlər və səhiyyə, müştərilər və onların patent müvəkkilləri arasında məlumatların məxfiliyinə dair məsələlər müzakirə edilib, ixtiraçılıq səviyyəsi, xüsusilə selektiv ixtiralar, problemli ixtiralar, ixtiranın patent qabiliyyətliliyinin müəyyən edilməsi zamanı onun ikinci dərəcəli əlamətlərinin rolu barədə fikir mübadiləsi aparılıb. “Səhiyyə və patentlər” mövzusu nümayəndələr tərəfindən geniş müzakirələrə səbəb olub, tibbi preparatlara və vaksinlərə dair patentlərin statusu barədə informasiya və digər müvafiq məlumatlar saxlayan “MedsPal” və “Pat-İNFORMED” kimi ictimaiyyətə açıq olan məlumat bazaları haqqında konfrans keçirilib.

Sessiyanın gündəliyinə daxil edilmiş məsələlərə dair Azərbaycan nümayəndəsinin təklifləri Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin regional qrupuna təqdim olunub. Müzakirələr əsasında üzv-dövlətlərin milli qanunvericiliklərinin mövcud problemləri və xüsusiyyətləri nəzərə alınmaqla, həmin məsələlər üzrə işlərin və tədqiqatların davam etdirilməsi barədə qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.