DÜNYA


Yaponiya leysan və qasırğanın proqnozlaşdırılması texnologiyasını sınaqdan keçirəcək

Bakı, 18 fevral, AZƏRTAC

Tokioda real vaxt rejimində havanın proqnozlaşdırılması sisteminin sınaqlarına başlanılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, meteoroloji radiolokator və yerüstü rəqəmli radio dalğalarının məlumatına əsaslanan texnologiya leysan yağışları və ya qasırğanın başlanmasını 30 dəqiqə öncədən xəbər verəcək. Sistem su buxarından yaranan və proqnozlaşdırılması kifayət qədər çətin olan leysan yağışlarının başlanması barədə öncədən xəbər verəcək. Məsələn, mövcud meteoroloji sistemlər bu işin öhdəsindən gəlmir.

Yaponiyanın Milli İnformasiya-Kommunikasiya Texnologiyaları İnstitutu (NICT) dövlət və özəl şirkətlərlə birgə sözügedən sistemin hazırlanması ilə məşğuldur. Sözügedən sistemin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.