CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu enəcək, sulu qar, qar yağacaq

Bakı, 18 fevral, AZƏRTAC 

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq fevralın 20-dək hava şəraitinin dəyişəcəyi, yağış yağacağı, yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 6-8° enəcək, gün ərzində 2°-yə yaxın isti olacaq.

Azərbaycanın əsasən şimal və şərq rayonlarında fevralın 18-i axşamdan 20-si səhərədək havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə sürəti arabir saniyədə 20-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 19-da Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, xəzri küləyinin güclənəcəyi və hava şəraitinin yağıntılı olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.