ELM VƏ TƏHSİL


Quruda yerləşən qaz yataqlarının mənimsənilməsi üzrə geoloji və iqtisadi qiymətləndirmə aparılacaq

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Neft və Qaz İnstitutunun neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsi illik planını təqdim edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə 2019-cu ildə təbii qazın yandırılması prosesindən sonra atmosferə atılan karbon qazının (CO2) tutulub yığılması və neft veriminin artırılması üçün laylara vurulması təklifini işləməyi, quruda yerləşən işlənilməyən kiçik və orta həcmli qaz yataqlarının mənimsənilməsi üzrə geoloji və iqtisadi qiymətləndirilmələrin aparılmasını nəzərdə tutur. “Azərkosmos” ASC tərəfindən davamlı inkişaf naminə məsafədən müşahidə xidmətlərinin təşviqi layihəsi üzrə işlər də davam etdiriləcək.

Xatırladaq ki, Neft və Qaz İnstitutu 2015-ci il noyabrın 17-də Nazirlər Kabinetinin qərarı ilə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun bazasında yaradılıb. Əsas fəaliyyət istiqamətləri böyük dərinliklərin karbohidrogen sistemlərinin tədqiqi, qeyri-ənənəvi karbohidrogenlərin (şist karbohidrogenlərin, qaz hidratların, yanar şistlərin) nəzəri və eksperimental tədqiqi, neft və qaz yataqlarının işlənməsi sahəsində fundamental tədqiqatlar aparılması, intellektual yataq konsepsiyasının nəzəri əsaslarının öyrənilməsi, neft-qaz sahəsinin iqtisadiyyatı və proqnozlaşdırılması və sənayenin inkişafı ilə bağlı geoekoloji problemlər və onların iqlim dəyişməsinə təsirinin araşdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.