ELM VƏ TƏHSİL


Ölkəmizdə ilk dəfə Dendrologiya İnstitutunda ekzotik bitkilər yetişdirilib

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Abşeron şəraitində banan, avokado, manqo və Havana papayasının yetişdirilməsinin mümkünlüyü müəyyən edilib. Tədqiqatlar institutun ərazisində - qapalı şəraitdə aparılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatlar zamanı alçaqboylu banan, Havana papayası, Hindistan manqosu, Amerika avokadosu növləri Abşeron şəraitində çoxaldılıb. Eyni zamanda, onların bioekoloji xüsusiyyətləri öyrənilib və məlum olub ki, həmin bitkilərdən qışda şaxtadan mühafizə edilməklə Abşeronda park və bağların yaşıllaşdırılmasında istifadə etmək mümkündür. Tədqiqat dövründə yetişdirilmiş banan meyvə verib, Havana papayası, Hindistan manqosu, Amerika avokadosu isə hazırda çiçəklənmə mərhələsindədir. Bu isə o deməkdir ki, həmin bitkilər də məhsul verəcək.

Banan hazırda Azərbaycanın cənub bölgəsində becərilir. Havana papayası, Hindistan manqosu və Amerika avokadosu isə ölkədə ilk dəfə Dendrologiya İnstitutu tərəfindən yetişdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.