CƏMİYYƏT


MDB ekspertləri tütünün mənfi təsirinin qarşısını almaq üçün birgə Fəaliyyət Planının layihəsini razılaşdırıblar

Bakı, 18 fevral, AZƏRTAC

Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində MDB-yə üzv dövlətlərdə tütünün əhalinin sağlamlığına mənfi təsirinin qarşısının alınması üçün birgə Fəaliyyət Planının layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun əlavə iclası keçirilib.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, ekspertlər layihəyə iradları nəzərdən keçirib və tütünün əhalinin sağlamlığına mənfi təsirinin qarşısının alınması üçün birgə Fəaliyyət Planının layihəsinin müəyyən edilmiş qaydada MDB-yə üzv dövlətlərin hökumət başçıları Şurasının müzakirəsinə çıxarılmasını qərara alıblar. Planın layihəsinin işlənib hazırlanması zamanı Birlik ölkələri ilə yanaşı, Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyələri də nəzərə alınıb.

Rusiya Səhiyyə Nazirliyinin nümayəndəsi Viktor Zıkov hesab edir ki, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər tütünün əhalinin sağlamlığına mənfi təsirinin qarşısının alınması üzrə məqsədyönlü fəaliyyət göstərilməsində maraqlıdırlar. Onun sözlərinə görə, Planın qəbul olunması və reallaşdırılması isə tütün məmulatlarından istifadənin azaldılması və MDB ölkələrində əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşmasına müsbət təsir edəcək.

DST-nin məlumatına görə, dünyada yaşlı əhalinin üçdəbir hissəsi, yaxud 1,3 milyard insan siqaret çəkir. Tütün hər il 3,5 milyon, gündəlik isə 10 min insanın ölümünə səbəb olur. Planetimizin əhalisi hər il trilyondan çox siqaret çəkir və tütün məmulatlarına 100 milyard dollar xərcləyir.

Tütündən istifadə bir sıra təhlükəli xroniki xəstəliklərə, o cümlədən xərçəng, ağciyər və ürək-damar xəstəliklərinə yoluxma riskini, habelə onlardan ölüm hallarını artırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.