CƏMİYYƏT


Göyçayda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Göyçay Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov çıxış edərək gənclərimizin milli-mənəvi dəyərlərimiz ruhunda yetişməsində belə tədbirlərin rolunu xüsusi vurğulayıb. O, rayonda bu istiqamətdə görülən işlərdən danışıb, gənclərin fəallığının təmin olunması üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, dünyada cərəyan edən qloballaşma prosesləri bizim cəmiyyətdən də yan keçmir. Lakin biz belə şəraitdə milli dəyərlərimizi unutmamalı və ona sadiq qalmalıyıq.

Fondun şöbə müdiri Hatəm Gülməmmədov, İdarəetmə və Texnologiya Kollecinin müəllimi, Əməkdar müəllim Xəlil Orucov, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəis müavini, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və digərləri çıxışlarında gənclərimizin minilliklər boyu formalaşan milli-mənəvi dəyərlərimizi unutmamaqla yanaşı, onu geniş təbliğ etmələrinin vacibliyindən danışıblar. Çıxışlarda qloballaşma dövründə hər bir cəmiyyətin milli-mənəvi dəyərlərinə sadiq qalmasının həmin millətin inkişafında önəmi xüsusi vurğulanıb.

Seminar-müşavirənin yekununda mövzuya dair geniş fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.