MƏDƏNİYYƏT


“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert olub

Bakı, 18 fevral , AZƏRTAC

“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert fevralın 18-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşıb.

AZƏRTAC xəbər verir ki, konsert proqramı Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri tərəfindən müşayiət edilib. Konsert çərçivəsində gənc ifaçılar tərəfindən tanınmış gənc və klassik bəstəkarların əsərləri səsləndirilib.

Qeyd edək ki, “Mədəniyyət” kanalı və Azərbaycan Akademik Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək layihə çərçivəsində hər il mütəmadi olaraq konsert proqramları təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.