MƏDƏNİYYƏT


FESTİVALDA “CAVİD ÖMRÜ” FİLMİ NÜMAYİŞ ETDİRİLMİŞDİR

Azərbaycan rejissoru Ramiz Mirzəyevin Anarın ssenarisi əsasında 2007-ci ildə “Az.Video” (“Yeni dalğa”) prodüser mərkəzində çəkdiyi “Cavid ömrü” filmi IX “Şərq-Qərb” Bakı beynəlxalq kinofestivalı çərçivəsində “İbrus” Teatrında nümayiş etdirilmişdir.

AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl Ramiz Mirzəyev çıxış edərək demişdir ki, festivalın proqramı iştirakçılar və tamaşaçılar qarşısında zaman, hadisə və ölkələrin maraqlı kinomənzərəsini açır.

Tamaşaçıların mühakiməsinə verilmiş bu bədii lent böyük dramaturq Hüseyn Cavidin həyatından bəhs edir. İkiseriyalı filmin müəllifləri Hüseyn Cavidin bioqrafiyasının bəzi epizodlarını dramatik nöqtədə birləşdirərək gənclik və kamillik illərindən, yaradıcılığından, dostları və düşmənlərindən, DTK zindanlarında məruz qaldığı xəyanətdən, ölümündən, bir sözlə, onun XX əsr Azərbaycan ədəbiyyatında əsl miqyasını və mövqeyini müəyyənləşdirən bütün mərhələlərdən söz açırlar.

Filmdə əsas rollarda Rasim Balayev, Dilarə Əliyeva, Məmməd Səfa və başqaları çəkilmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.