İQTİSADİYYAT


Dəniz nəqliyyatı ilə 72 milyon dollarlıq yük daşınıb

Bakı, 18 fevral, AZƏRTAC

Yanvarda dəniz nəqliyyatı ilə ümumilikdə 60 min 104 ton yük daşınıb ki, bu yüklərin dəyəri 71 milyon 753 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 26 min 212 ton yükün dəyəri 11 milyon 951 min dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 33 min 892 ton, dəyəri isə 59 milyon 802 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.