İQTİSADİYYAT


Dəmir yolu nəqliyyatı ilə 256 milyon dollarlıq yük daşınıb

Bakı, 18 fevral, AZƏRTAC

Yanvarda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 504 min 483 ton yük daşınıb ki, bu yüklərin dəyəri 256 milyon 148 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 134 min 742 ton yükün dəyəri 54 milyon 153 min dollar təşkil edib.

Ay ərzində bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 369 min 741 ton, dəyəri isə 201 milyon 995 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.