MƏDƏNİYYƏT


“Buratino” “YARAT”ın səhnəsində...

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Buratino” tamaşası təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, Uşaq Musiqili Teatrı tərəfindən nümayiş olunacaq səhnə əsərinə Elvin Mirzəyevin quruluşunda baxılacaq.

Əvvəlki tamaşalardan fərqli olaraq, burada uşaqlar nəinki rəqs edib və oxuyacaq, həm də özlərini “maskalar komediyası” janrında sınayacaqlar. Tamaşada məktəb-studiyanın kiçik, orta və yuxarı siniflərindən 22 şagird iştirak edəcək.

Səhnə əsəri kifayət qədər ciddi musiqi materialını sərgiləyir. 40 il əvvəl professor Tərlan Seyidov tərəfindən yaradılan Uşaq Musiqi Teatrı öz ənənələrinə sadiq qalaraq, böyüyür və inkişaf edir.

Qeyd edək ki, Uşaq Musiqi Teatrının repertuarında keçən illər ərzində bir çox rəngarəng premyeralar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.