DÜNYA


Birləşmiş Ərəb Əmirlikləri 1,5 milyard dollarlıq “Patriot” zenit-raket sistemləri alıb

Bakı, 18 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri Əbu-Dabi şəhərində keçirilən IDEX 2019 sərgisinin gedişində 1,5 milyard dollar dəyərində “Patriot” zenit-raket sistemləri alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin briqada generalı Məhəmməd Hamis əl-Həsani məlumat verib. “Birləşmiş Ərəb Əmirliklərinin hərbi hava və hava hücumundan müdafiə qüvvələri üçün “Patriot” zenit-raket komplekslərinin alınması barədə ABŞ-ın “Raytheon” kompaniyası ilə 5,729 milyard dirhəm (1,5 milyard dollar) həcmində müqavilə imzalanıb”, - deyə general bildirib.

Satın alınan zenit-raket komplekslərinin tərkibi barədə isə məlumat verilmir.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri sərginin ilk günündə “Patriot” sistemləri üçün 1,307 milyard dirhəm (356,1 milyon dollar) dəyərində idarəolunan zenit raketlərinin alınması barədə də saziş imzalamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.