ELM VƏ TƏHSİL


Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Cenevrədə Hökumətlərarası Komitənin sessiyasında iştirak edib

Bakı, 19 dekabr, AZƏRTAC 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Əqli mülkiyyət və genetik resurslar, ənənəvi biliklər və folklor üzrə Hökumətlərarası Komitəsinin Cenevrədə keçirilən 38-ci sessiyasında Azərbaycanı Əqli Mülkiyyət Agentliyinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Gəray Dadaşov təmsil edib.

Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, Hökumətlərarası Komitənin plenar iclaslarında ənənəvi biliklərin və ənənəvi mədəni ifadələrin qorunması üzrə beynəlxalq sənədlərin maddələrinin layihələri müzakirə olunub. Həmçinin həmin sənədlər üzrə razılaşdırılmamış bəndlərin mahiyyəti barədə açıqlamalar verilib və ümumən sənədlərin mətni üzrə konseptual fikir mübadiləsi keçirilib, konkret bəndlərin razılaşdırılması üzrə iş aparılıb.

Müzakirələr zamanı ənənəvi biliklər və ənənəvi mədəni ifadələrdən istifadə zamanı yerli xalqların və icmaların, eləcə də dövlətlərin və millətlərin maraqlarının nəzərə alınması, benefisiarların müəyyən edilməsi, sistemli transparentliyin təmin edilməsi, milli qanunvericiliyin və beynəlxalq sazişlərin uyğunluğu və bu məqsədlə müxtəlif arayışlar və tədqiqatların keçirilməsi və s. məsələlərə toxunulub.

Müzakirələrdə çıxış edən G.Dadaşov Azərbaycan Respublikasının həmin məsələlərə dair qanunvericiliyinin müddəalarını açıqlayıb, həmin qanunvericiliyə əsasən ənənəvi mədəni ifadələr və ənənəvi biliklərdən istifadə zamanı onların mənbəyi, yarandığı yerin coğrafi adı və mənsub olduğu xalqın (cəmiyyətin) adının dəqiq göstərilməsinin zəruri şərtlər sayıldığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.