Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “EuroClub”da görülmüş işlərlə tanış olmuşdur
Bakıda Heydər Əliyev Mərkəzi açılmış, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdirAzərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
17.05.2012 [07:33]Amerikalı alimlər yüksək həssaslığa malik biosensor hazırlamışlar
16.05.2012 [07:32]Fizika professoru Tomas Parnellin 1927-ci ildə başladığı sınaq 85 ildir ki, davam etdirilir
16.05.2012 [06:29]Yekaterinburqda “İnternet-tramvay” istifadəyə verilmişdir
15.05.2012 [12:41]Arıqlamaq üçün daha bir təsirli üsul kəşf olunmuşdur
15.05.2012 [11:15]Ən uzun və ən qısa ömür sürənlər hansı ölkələrdədir
14.05.2012 [22:54]Şərq ulduz falı (14-20 may)
2011-ci ilin mühüm hadisələri
![]() |
13 yanvar – Azərbaycan ilə Avropa İttifaqı arasında Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. |
|
|
|
![]() |
22 yanvar - Azərbaycan Prezidenti İlham Əliyevi Rumıniyada “İlin adamı” elan edilmişdir.
|
|
|
|
![]() |
17 fevral – Parisdə ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə və “Azərbaycan” kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
|
|
|
|
|
|
27 fevral - Şahdağ Qış-Yay Turizm kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışı olmuşdur.
|
|
|
|
|
|
3 mart – Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin yeni “Azad systems CO” müəssisəsi, “Cihaz” İstehsalat Birliyi Bakı cihazqayırma zavodu və “Sənayecihaz” Elm-İstehsalat Mərkəzi istifadəyə verilmişdir.
|
|
|
|
![]() |
14 mart – Bakıda “Muğam aləmi” II Beynəlxalq muğam festivalının təntənəli açılış mərasimi keçirilmişdir.
|
|
|
|
|
|
17 mart –Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməli qoyulmuşdur.
|
|
|
|
|
|
2 aprel - Azərbaycanın “Azərreyl” voleybol klubu Çellenc Kubokunun sahibi olmuşdur.
|
|
|
|
![]() |
7 aprel - Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir.
|
|
|
|
|
|
9 aprel – Bakıda Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının (SİQGH) birinci konqresi keçirilmişdir.
|
|
|
|
![]() |
18 aprel – Azərbaycan Prezidenti İlham Əliyevə Rumıniyanın “Sadiq xidmət” milli ordeninin Böyük Xaç ranqı təqdim olunmuşdur.
|
|
|
|
![]() |
18 aprel – Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə Parisdə Azərbaycan mədəniyyəti günləri keçirilmişdir.
|
|
|
|
![]() |
29 aprel – Bakıda 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgiləri açılmışdır.
|
|
|
|
![]() |
14 may - Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan qələbə qazanmışdır.
|
|
|
|
|
|
17 may - Moskvada Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
|
|
|
|
![]() |
19 may – “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılmışdır.
|
|
|
|
|
|
1 iyun – Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Venesiya şəhərində 54-cü Dünya Təsviri İncəsənət Sərgisində ölkəmizin pavilyonunun rəsmi açılış mərasimində iştirak etmişdir.
|
|
|
|
|
|
6 iyun – Prezident İlham Əliyevin iştirakı ilə Bakı Olimpiya Stadionunun təməli qoyulmuşdur.
|
|
|
|
|
|
8 iyun - Bakıda XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransı açılmışdır.
|
|
|
|
|
|
10 iyun – Sloveniyanın Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin memorial muzeyi açılmışdır. Prezident İlham Əliyev əfsanəvi qəhrəmanın memorialını ziyarət etmiş, muzeylə tanış olmuşdur.
|
|
|
|
|
|
16 iyun – Bakıda X yubiley Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi keçirilmişdir.
|
|
|
|
|
|
23 iyun – Prezident İlham Əliyevə Brüsseldə Krans Montana Forumunun ən ali mükafatı - “PRIX DE LA FONDATION” və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Forumun Qızıl medalı təqdim olunmuşdur.
|
|
|
|
|
|
29 iyun – Bakı Metropoliteninin “Dərnəgül” stansiyası istifadəyə verilmişdir.
|
|
|
|
![]() |
5 iyul – Bakıda Dünya Azərbaycanlılarının III qurultayı keçirilmişdir.
|
|
|
|
![]() |
7 iyul – Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır.
|
|
|
|
![]() |
20 iyul – Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında Sərəncam imzalamışdır.
|
|
|
|
|
|
30 iyul – Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı və qala-konsert olmuşdur.
|
|
|
|
![]() |
6 sentyabr - Kanadada Mehriban xanım Əliyevanın “İlahi Muza - Azərbaycan muğamının hamisi” adlı abidəsi qoyulmuşdur.
|
|
|
|
|
|
7 sentyabr – Bakının Qala qəsəbəsindəki Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Əntiq Əşyalar Muzeyi açılmışdır.
|
|
|
|
![]() |
8 sentyabr - Azərbaycan Prezidenti İlham Əliyevə “Həştərxan şəhərinin fəxri vətəndaşı” adı verilmişdir. Bu barədə Həştərxan Şəhər Duması qərar qəbul etmişdir.
|
|
|
|
![]() |
9 sentyabr - Xəzərin “Abşeron” blokunda yeni böyük qaz yatağı kəşf edilmişdir.
|
|
|
|
![]() |
12 sentyabr - Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası açılmışdır.
|
|
|
|
![]() |
15 sentyabr - Moskvanın mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin abidəsi açılmışdır.
|
|
|
|
![]() |
15 sentyabr - Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqresdə, Azərbaycana həsr olunmuş sərgi və konsertdə iştirak etmişdir.
|
|
|
|
![]() |
23 sentyabr - Bakıda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş Beynəlxalq tədbir keçirilmişdir.
|
|
|
|
![]() |
25 sentyabr – Bakıda boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi olmuşdur.
|
|
|
|
![]() |
29 sentyabr - Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
|
|
|
|
![]() |
7 oktyabr - Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni təqdim edilmişdir.
|
|
|
|
![]() |
10 oktyabr – Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə I Beynəlxalq Humanitar forum keçirilmişdir.
|
|
|
|
![]() |
15 oktyabr - Gəncədə Dünya Gənclərinin Festivalı keçirilmişdir. Festivalda 50 ölkədən 100-dək gənc iştirak etmişdir.
|
|
|
|
![]() |
17 oktyabr - ABŞ-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin büstü açılmışdır.
|
|
|
|
![]() |
21 oktyabr - Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısı keçirilmişdir.
|
|
|
|
![]() |
21 oktyabr – Bakıda Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında “2012-ci ildə keçiriləcək Rio+20 konfransına hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi” adlı Anlaşma Memorandumu imzalanmışdır.
|
|
|
|
![]() |
25 oktyabr - Azərbaycan Respublikası 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir.
|
|
|
|
![]() |
25 oktyabr – İzmirdə “AYPE-T zavodu, Heydər Əliyev adına peşə təhsili liseyi açılmış, “Petkim” şirkətinin “Star” neft emalı zavodunun təməli qoyulmuş, Türkiyə-Azərbaycan yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclası keçirilmiş və iclasın protokolu imzalanmışdır.
|
|
|
|
![]() |
25 oktyabr - Parisdə UNESCO Baş Konfransının 36-cı sessiyası keçirilmişdir. Birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi sessiyada Azərbaycan UNESCO Baş Konfransının vitse-prezidenti seçilmişdir.
|
|
|
|
![]() |
1 noyabr - Nyu-Yorkda ABŞ-ın “Uşaqların Xərçəng və Qan Fondu”nun illik xeyriyyə toplantısında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə “Key to Life” – “Həyata Açar” fəxri mükafatı təqdim edilmişdir.
|
|
|
|
![]() |
14 noyabr – Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın ən ali mükafatı - “Stara Planina” ordeni ilə təltif olunmuşdur.
|
|
|
|
![]() |
22 noyabr - Bakıda “İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc İş Adamları Şəbəkəsinin (İƏT GİAŞ) təsis qurultayı keçirilmişdir. |
|
|
|
![]() |
23 noyabr - Bakıda “BakuTel-2011” XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı açılmışdır.
|
|
|
|
![]() |
25 noyabr - Moskvada Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı keçirilmişdir.
|
|
|
|
![]() |
29 noyabr – 2 dekabr – Vatikanda və Romada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimlər keçirilmişdir.
|
|
|
|
![]() |
19 dekabr – Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında” Fərman imzalamışdır.
|
|
|
|
![]() |
20 dekabr - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Balkanların ləyaqətli dostu” mükafatı ilə təltif edilmişdir.
|
|
|
|
![]() |
21 dekabr - Bakıda “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda 32 ölkədən 61 nümayəndə iştirak etmişdir.
|
|
|
|
![]() |
24 dekabr - Azərbaycan paytaxtında yeni salınacaq “Bakı Ağ şəhər”in təməl daşı qoyulmuşdur.
|
|
|
|
![]() |
24 dekabr - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur.
|
|
|
|
![]() |
26 dekabr – Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalamışdır.
|
|
|
|
![]() |
29 dekabr - Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açılmışdır.
|
Dostuna göndər


































































