Həftənin mühüm xəbərləri 



Bu maraqlıdır
Avstraliya tarixində ən iri çəhrayı almaz tapılmışdır -A +A
2012-02-23 00:42:00
23.02.2012 [00:42]

Avstraliya tarixində ən iri çəhrayı almaz tapılmışdır

Avstraliyanın "Rio Tinto" dağ-mədən şirkəti çəhrayı almaz tapmışdır. AzərTAc France-Presse agentliyinə istinadən xəbər verir kli, "Rio Tinto" şirkətinin nümayəndələri bildirmişlər ki, nadir daş Kimberli dairəsindəki Arqayl almaz mədənində

Bakı, 23 fevral (AzərTAc). Avstraliyanın "Rio Tinto" dağ-mədən şirkəti çəhrayı almaz tapmışdır.
AzərTAc France-Presse agentliyinə istinadən xəbər verir kli, "Rio Tinto" şirkətinin nümayəndələri bildirmişlər ki, nadir daş Kimberli dairəsindəki Arqayl almaz mədənində tapılmış və ona "Argyle Pink Jubilee" adı verilmişdir.
Qeyd edək ki, dünyada hasil olunan çəhrayı almazların 90 faizə yaxını Arqayl mədəninin payına düşür.
Qiymətli daşın çəkisi 12,76 karatdır. Beləliklə də o Avstraliya ərazisində indiyədək aşkar edilən ən iri almazdır.
Ən azı 10 gün vaxt aparacaq cilalanmadan sonra ekspertlər daşa qiymət qoyacaqlar. Bundan sonra isə şirkət çəhrayı almazı beynəlxalq turneyə göndərməyi və 2012-ci ilin sonunda isə daşı qapalı hərracda satmağı planlaşdırmışdır.
Şirkət hələlik "Argyle Pink Jubilee"yə hətta təxmini qiymət qoymaqda belə çətinlik çəkir və bu cür daşların yalnız muzey kolleksiyalarında saxlandığını, yaxud kral ailələrinə məxsus olduğunu qeyd edir.
Xatırladaq ki, rənginə görə "Argyle Pink Jubilee"yə oxşayan və 1947-ci ildə Tanzaniyada tapılan 24 karatlıq "Williamson Pink" almazı Böyük Britaniyanını gələcək kraliçası II Yelizavetaya toyunda hədiyyə edilmişdi.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.