Yüklə
Həftənin mühüm xəbərləri 



Mədəniyyət
Xalq Artisti geniş konsert proqramı ilə çıxış edəcəkdir -A +A
2012-01-29 17:10:00
29.01.2012 [17:10]

Xalq Artisti geniş konsert proqramı ilə çıxış edəcəkdir

Azərbaycanın Xalq Artisti Mələkxanım Əyyubova cari ilin payızında Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edəcəkdir. Musiqi axşamında M.Əyyubova səhnəni gənc ifaçılar Ramal İsrafilov və Mirkamil Kamilovla

Bakı, 29 yanvar (AzərTAc). Azərbaycanın Xalq Artisti Mələkxanım Əyyubova cari ilin payızında Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edəcəkdir. Musiqi axşamında M.Əyyubova səhnəni gənc ifaçılar Ramal İsrafilov və Mirkamil Kamilovla bölüşəcəkdir.
Müğənni AzərTAc-a bildirmişdir ki, cari ildə bir neçə xarici səfərdə və geniş beynəlxalq layihədə iştirak etməklə yanaşı, musiqisevərlərə yeni albomlar da təqdim edəcəkdir. Ötən il Xalq Artisti Firəngiz Əlizadənin “Adın Dənizdir” operası ilə ABŞ-a səfər etdik, bu il həmin layihənin davamı olaraq müxtəlif ölkələrə gedəcəyik.
M.Əyyubova demişdir ki, bu il bir neçə muğamımızı lentə aldırıb disk formasında çıxartdıracaqdır. Bunlarla bərabər, Heydər Əliyev Sarayında Ələkbər Tağıyevə həsr edilmiş böyük layihənin təqdimat mərasimi olacaqdır. Tanınmış bəstəkarın “Ananın səsi” mahnısı Rauf Abdullayevin rəhbərlik etdiyi simfonik orkestr ilə aranjeman olunub, yazılıb və klip çəkilib, indi böyük bir layihə formasında təqdim ediləcəkdir. Bu, dünyəvi bir mahnıdır, sülhə çağırışdır. Bu layihədə türkiyəli sənətçilər də iştirak edirlər. Sonra elə bu layihə ilə bağlı xarici səfərlərimiz olacaqdır.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.