Yüklə
Həftənin mühüm xəbərləri 



Dünya
Riqa tarixdə ilk dəfə olaraq Şerlok Holmsun ad gününü qeyd etmişdir -A +A
2012-01-29 15:54:00
29.01.2012 [15:54]

Riqa tarixdə ilk dəfə olaraq Şerlok Holmsun ad gününü qeyd etmişdir

Bütün dünya oxucularının və tamaşaçılarının sevimli personajı, ən məşhur xəfiyyə Şerlok Holms tarixdə ilk dəfə olaraq Riqada öz ad gününü qeyd etmişdir. İqor Maslennikovun məşhur “Şerlok Holmsun və Doktor Vatsonun macəraları” filminin

Riqa, 29 yanvar (AzərTAc). Bütün dünya oxucularının və tamaşaçılarının sevimli personajı, ən məşhur xəfiyyə Şerlok Holms tarixdə ilk dəfə olaraq Riqada öz ad gününü qeyd etmişdir. İqor Maslennikovun məşhur “Şerlok Holmsun və Doktor Vatsonun macəraları” filminin çəkildiyi yerdə bayram şənliyi olmuşdur.
Bayramın keçirildiyi İncəsənət Akademiyasının yanında müxtəlif dövrlərə aid və müxtəlif yaşlarda olan “şerlok holmsları”n ilk yürüşü olmuşdur. Onlar Esplanada -Brivibas küçəsi – Azadlıq abidəsi – Livov meydanı – Domsk meydanı – Yanuel küçəsi marşrutu ilə hərəkət etmişlər. Əsl kostyumlu holmsların sayı çox deyildi, zarafat deyil, axı, küçədə 15 dərəcə şaxta vardı. Lakin öz nümunələrini yaradarkən Holmsun simasından, yaxud qəlyan və qamış, çiyin örtüyü və ya şlyapa kimi o dövrün əşyalarından istifadə edənlər çox idi. Burada konstebllər və qəzetpaylayan oglanlar da olmuşdur.
Sonra məşhur İngiltərə cins itlərinin bayram paradı keçirilmişdir. Ser Artur Konan Doyl Şerlok Holms haqqında hekayələrində onlardan çox yazmışdır. Orada Holmsun müfəttiş Lestreydi bənzətdiyi foksteryerlər (“Foksteryer. Enerji çox, ağıl az”), bataqlıqlarda itkin düşmüş ingilis koker-spaniyeli Snuppiyə bənzər koker-spaniyellər, Şerlok Holmsun Aqranın xəzinəsini birlikdə axtardığı buldoq Toriyə çox bənzəyən gözəl ingilis buldoqu, Baskervillərin təcəssümü olan yaraşıqlı doq da olmuşdur.
Qoçaq holmslardan başqa, xeyli xüsusi geyimli xanımlar və missis Hadson da olmuşdur. “Şerlok Holmsun və Doktor Vatsonun macəraları” adlı məşhur kinofilmdən səsləndirilən melodiyalar bayram əhval-ruhiyyəsi yaratmışdır.

Nigar Hüseynova
AzərTAc-ın xüsusi müxbiri
Riqa

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.