Yüklə
Yanvarın 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Axşam və gecə bəzi yerlərdə az qar yağacağı gözlənilir.
Temperaturun gecə 4-6° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti olacaqdır.
Bakıda gecə 3-5° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək -769 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaqdır. Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havaların əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaqdır. Yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən,Gədəbəy rayonlarında
havaların əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı, axşam və gecə isə qar yağacağı gözlənilir.
Temperaturun gecə 12-17°, gündüz 2-7° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havaların əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 3-7° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havaların gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-9° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti, dağlarda gecə 13°-18°, gündüz 4-8° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havaların əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman, axşam isə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 3-7° şaxta, gündüz 1° şaxtadan 4° isti olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gecə və səhər bəzi yerlərdə qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 2-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17°, gündüz 1-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.




















